London texnoloji paytaxt olacaq
2010-2013-cü illər ərzində Londonda təsis edilən 300-dən çox şirkət təxminən 1,5 milyard funt-sterlinq məbləğində investisiya cəlb edib. Bu il artıq Böyük Britaniya texnoloji şirkətlərinin satışı ilə bağlı iki böyük saziş (Google şirkəti DeepMind, Zynga isə NaturalMotion şirkətlərini satın alıb) imzalanıb.
AzVision.az ICTnews-a istineadən bildirir ki, Britaniya paytaxtında əksər texnoloji şirkətlər Şərqi Londonun Old-strit küçəsindəki Silicon Roundabout yolayrıcında fəaliyyət göstərir. Lakin mer hesab edir ki, şirkətlər artıq şəhərin digər rayonlarında da fəaliyyətə başlamalıdır. Bu yaxınlarda Böyük Britaniya hökumətinin Old-stritdə yerləşən texnoloji mərkəzin yenidən qurulmasına 50 milyon funt-sterlinqin ayrılmasına hazır olmamamsı məlum olub.
B.Conson bəyan edib ki, iyunun 16-20-də Londonda ilk Yüksək texnologiyalar həftəsi keçiriləcək. Onun sözlərinə görə, həftəlik tədbirlərdə texnologiya sahəsinin mindən çox görkəmli nümayəndəsinin iştirakı gözlənilir.
Teqlər: