Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi yaradılır

Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi yaradılır
  12 Avqust 2021    Oxunub:2395
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi yaradılır.
Azvision.az xəbər verir ki, Prezident İlham Əliyev 2021-ci il 12 avqust tarixli “İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında” Fərman imzalayıb.

Fərmana əsasən Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında Əsasnamə təsdiq ediləcək.

Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Xocalı, Xocavənd və Zəngilan rayonlarının inzibati ərazilərində Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 noyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nda nəzərdə tutulmuş yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi müvəqqəti olaraq Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinə həvalə edilir.

Azvision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti