“Adidas” “Reebok”u satdı

“Adidas” “Reebok”u satdı
  12 Avqust 2021    Oxunub:1724
Bu gün “Adidas” şirkəti “Reebok” brendini satdığını açıqlayıb. Amerikanın Authentic Brands Group (ABG) holdinqi “Reebok”a sahiblənmək üçün €2,1 milyard ödəyib.
“Adidas” qərarını belə izah edib ki, pandemiyadan sonra özünün əsas brendini inkişaf etdirmək üzərində fikirləşir.

Azvision.az xəbər verir ki, Almaniyanın “Adidas” konserni “Reebok”-u 2006-cı ildə $3,8 milyarda alaraq, “Nike” ilə rəqabətə girişmişdi. 2016-cı ildə “Reebok”un ziyanla işləyən xeyli mağazası bağlanmışdı. Pandemiya dövründə isə satışı 42% azalmışdı.

“Reebok”u alan ABG-nin arsenalında “Forever 21”, “Barneys New York”, “Eddie Bauer” və “Brooks Brothers” kimi brendlər var. Şirkətin illik satış həcmi $14 milyarddan çoxdur.

Tariyel
Azvision.az


Teqlər: Adidas   Reebok  





Xəbər lenti