"BakuBus"dakı yanğının səbəbi açıqlandı - FOTO

"BakuBus"dakı yanğının səbəbi açıqlandı -    FOTO
  13 Avqust 2021    Oxunub:1588
Bu gün gündüz saatlarında 30 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan sərnişin avtobusunun sərinləndirmə sistemində əmələ gələn texniki nasazlıq səbəbindən tüstülənmə hadisəsi baş verib.
Bu barədə Azvision.az -a Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirilib. Onun sözlərinə görə, sürücü təlimata uyğun davranaraq ilk növbədə sərnişinlərin avtobusdan çıxmasını təmin edib və dərhal müdaxilə edərək tüstülənmənin qarşısını alıb.



"Qeyd edim ki, bir sıra informasiya saytlarında baş verənlər yalnış formada təqdim edilərək avtobusda yanğın hadisəsinin olması kimi göstərilib. Lakin təqdim edilən fotolardan da aydın şəkildə göründüyü kimi sərniləndirmə sistemində yanğın olmayıb. Bildiririk ki, əhali arasında ciddi narahatlıq və çaşqınlıq yaratmamaq məqəsdilə bu cür informasiyalara həssaslıqla yanaşılmalı və araşdırılmadan ictimaiyyətə ötürülməməlidir".

Azvision.az


Teqlər: BakuBus  





Xəbər lenti