BTC kəməri ilə 121 milyon bareldən çox neft nəql olunub

BTC kəməri ilə 121 milyon bareldən çox neft nəql olunub
  14 Avqust 2021    Oxunub:1357
2021-ci ilin əvvəlindən bu günə qədər Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən "BOTAS International Limited" (BIL) şirkəti Ceyhan terminalından 121,271 milyon barel xam neft nəql edib.
Azvision.az xəbər verir ki, bu həcmdə xam neft 167 tankerə yüklənərək dünya bazarlarına yola salınıb.

Ümumilikdə indiyə qədər limandan 3 milyard 692,2 milyon barelə yaxın xam neft 4 826 tankerə yüklənib.

BIL 2001-ci ildə BTC-ni Türkiyə ərazisində istismar etməklə səlahiyyətləndirilib. Ceyhan terminalında BTC-dən xam neftin ilk tankerə yüklənməsi 2006-cı il iyunun 2-də baş tutub.

Azvision.az


Teqlər: Neft  





Xəbər lenti