`Deutsche Telekom` kütləvi ixtisarlara başlayacaq
“T-Systems” informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və idarəetməsi ilə məşğul olur və İT sahəsində xidmətlər göstərir.
Şirkət nümayəndəsinin bildirdiyinə görə, xərclərə qənaət proqramı çərçivəsində cari ilin sonunadək 2700, növbəti ildə daha 2200 iş yerinin bağlanması nəzərdə tutulur. Onun sözlərinə görə, ixtisarlar istehsal zərurəti ilə əlaqədar deyil, mövcud əmək müqavilələri əsasında həyata keçiriləcək. İşçi kollektiv xərclərə qənaət proqramı barədə məlumatlandırılıb və şirkət rəhbərliyi artıq istehsal şuraları ilə onun həyata keçirilməsini müzakirə edir.
“T-Systems” şirkəti “Deutsche Telekom” konserninin çoxdandır zərərlə işləyən bölməsi kimi tanınır. Ekspertlər qeyd edirlər ki, “T-Systems”in biznes modeli köhnəlib və onun yenidən qurulmasına ehtiyac duyulur. Hazırda “Deutsche Telekom”un Almaniyadakı bu bölməsində 28 min işçi çalışır,
Teqlər: