Türkiyəli nazir SOCAR-ın yatırımından danışdı

Türkiyəli nazir SOCAR-ın yatırımından danışdı
  20 Mart 2014    Oxunub:1351
Türkiyəli nazir Petkim limanında görülən işlərlə tanış olub.

"Azəri qardaşlarımızla təkcə qardaşlıq münasibətləri deyil, eləcə də sıx iqtisadi əlaqələrimiz var. TANAP-ı bura daxil edərsək 20 milyard dollarlıq yatırımdan söhbət gedir. Bu həyəcanverici bir rəqəmdir. SOCAR-ın yatırımı Türkiyədəki siyasi sabitliyə inamı daha artırdı".

AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız Petkim limanın görülən işlərlə tanış olarkən bildirib. O, jurnalistlərin suallarını cavablandırarkən layihənin önəmindən söz açıb.

Taner Yıldız Türkiyədə ən böyük liman olacaq Petkim limanındakı işlərin 2015-ci ildə yekunlaşacağını qeyd edib: "Burada görülən işlərin Türkiyə iqtisadiyyatının daha da inkişaf etməsi üçün önəmli yeri var".


Teqlər:  





Xəbər lenti