Keçən ay 4 marşrut kartla ödənişə keçdi

Keçən ay 4 marşrut  kartla ödənişə keçdi
  07 Sentyabr 2021    Oxunub:990
Avqust ayında nağdsız ödəniş sisteminə keçən marşrut xəttinin sayı 4 olub. Hazırda 1500-ə yaxın avtobus olmaqla 74 marşrut xəttində nağdsız ödəmə sistemi tətbiq edilir.
Azvision.az xəbər verir ki, bu məlumat Bakı Nəqliyyat Agentliyinin “Şəhər nəqliyyatı” aylıq icmalında əksini tapıb.

İcmalda bildirilir ki, avqust ayında 1 marşrut xəttinin hərəkət sxemi optimallaşdırılıb. Həmçinin təlimlərə cəlb olunan avtobus sürücülərinin sayı 32 olub. Ümumilikdə marşrut şəbəkəsinin dövriyyəsi 45 faiz şəffaflaşdırılıb.

Azvision.az



Teqlər: BNA   Kart  





Xəbər lenti