ARDNŞ-dən iddiaya cavab- VİDEO

ARDNŞ-dən iddiaya cavab- VİDEO
  20 Mart 2014    Oxunub:1308
Fəhlələrin namaz qıldıqları üçün işdən çıxarılması iddiasına cavab.
Bakıda yeni Olimpiya stadionunun tikintisində çalışan fəhlələrdən 15 nəfərinin işdən çixarılmasi ilə bağlı yayılan məlumatlara Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən açıqlama gəlib.

AzVision.az xəbər verir ki, ANS-ə müsahibəsində şirkətin vitse-prezidenti Bədəl Bədəlov fəhlələrin bir yerdə namaz qıldıqlari üçün işdən azad edilməsi barədə yayılan məlumatların düzgün olmadiğini deyib. Şirkətin vitse-prezidentinin sözlərinə görə, dini etiqadina görə heç kəsə qadağa qoyulmur, tikintidə işdən çıxarılmalarin səbəbi isə başqadır.

"İşçilərin dini etiqadlarına görə, işdən çıxarılması həqiqətə uyğun deyil. Sadəcə stadionda bəzi işçilər ixtisasları ilə bağlı işlərin dayandırıldığı üçün işdən çıxarılıblar. Stadionun tikintisində 4 minə yaxın insan işləyir, orada 24 saat iş gedir. Yəqin ki, bəzi işlərin yekunlaşması ilə əlaqədar 50-100 nəfər işçi də işdən azad olunacaq", - deyə Bədəl Bədəlov bilirib.




Teqlər:  





Xəbər lenti