Ziyad Səmədzadə bankları ittiham etdi

Ziyad Səmədzadə bankları ittiham etdi
  21 Mart 2014    Oxunub:1565
İqtisadi Siyasət Komitəsinin sədri banklar faizləri qaldırmaq üçün xərclərini şişirdiklərini və yüksək faizlərin məqbul olmadığını deyib.
“Banklar faizləri qaldırmaq üçün xərclərini şişirdirlər”. AzVision.az xəbər verir ki, bu barədə ANS PRESS-ə açıqlamasında Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə deyib. O bildirib ki, sahibkarlara verilən bu günki yüksək faizlər məqbul deyil:

“Bəzən banklar xərcləri şişirdirlər ki, faizləri yuxarı qaldırsınlar. Amma biz monitorinq aparsaq, daha dəqiq təhlillər etsək heç şübhəsiz ki, bankların sahibkarlara verdikləri kreditlərin faiz dərəcələri aşağı düşəcək. Əvvəlki illərə nisbətən hazırda kifayət qədər ucuz vəsaitləri cəlb etmək mümkündür. Banklar ucuz maliyyə vəsaitlərini cəlb edə və bunu xeyli səmərəli formada istifadə edə bilərlər”.

İqtisadi Siyasət Komitəsinin sədri həmçinin bildirib ki, banklar elə kredit faizləri müəyyən etməlidirlər ki, bu sahibkarlara qazanc əldə etməyə imkan versin:

“Bizim sahibkarlarımız daha çox real sektora üstünlük verməlidirlər. Real sektoru inkişaf etdirməklə biz ölkə iqtisadiyyatında rəqabət qabiliyyətini artıra bilərik. Sahibkarlar bu sahəyə diqqət yetirməlidir. Sahibkarlarımız üçün kifayət qədər güzəştli kreditlər var. Sahibkarlığa Kömək Milli Fondu vasitəsi ilə alınan kreditlər yeni emal müəssələrinin yaradılmasına, məhsul istehsalının artırılmasına yönəldilməlidir. Təbii ki, burada kreditlərdən də istifadə edilməlidir. Ancaq bu kredit resursları gözəştlərlə verilməli, faizlər aşağı düşməlidir. Yəni sahibkar hesablamalıdır ki, bu kreditləri almalıyam, ödəməliyəm və eyni zamanda mənfəət qazanmalıyam. Ona görədə optimallıq olmalıdır. Bu günki yüksək faizlər məqbul deyil. Fazilərin azaldılması istiqamətində müəyyən addımlar atılmalıdır. Dünya təcrübəsi ölkənin inkişaf səviyyəsi nəzərə alınmalıdır”.


Teqlər:





Xəbər lenti