“Heydər Əliyev və Neft strategiyası" müzakirə edilib

“Heydər Əliyev və Neft strategiyası" müzakirə edilib
  16 Sentyabr 2021    Oxunub:3032
Şamaxı, Şabran ,Sumqayıt, Zaqatala rayon Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə “Əsrin Müqaviləsi”nin 27-ci il dönümü ilə əlaqədar “Heydər Əliyev və Neft strategiyası" adlı tədbir keçirilib.
Azvision.az xəbər verir ki, tədbirdə Millət vəkilləri Tamam Cəfərova və Sadiq Qurbanov, rayonlarda olan Mədəniyyət müəssisələrinin rəhbər və əməkdaşları,təhsil müəssisələrinin nümayəndələri iştirak etmişdir. İlk öncə tədbiri giriş sözü ilə Şabran rayon Heydər Əliyev Mərkəzinin direktoru Təvəkgül Əliyev açıb, çıxış edərək bildirib ki, Heydər Əliyevin müəllifi olduğu neft strategiyası bu gün müstəqil dövlət kimi Azərbaycanın öz milli sərvətinin sahibi olmasının, iqtisadiyyatımızın dünya iqtisadiyyatına qovuşmasının, ölkəmizin 90-cı illərin əvvəlində başlanmış siyasi, iqtisadi və sosial böhranlardan çıxaraq dirçəlməsinin və ən əsası XXI əsrin astanasında yüksək inkişaf etmiş, möhkəm, demokratik Azərbaycan dövlətinin yaranmasının rəmzidir.

Millət vəkili Tamam Cəfərova çıxış edərək bildirmişdir ki,xalqımızınÜmumilli lideri Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış və beynəlxalq aləmdə yüksəkqiymətləndirilimiş”Əsrin müqaviləsi” respublikamızın salnaməsinə qızıl hərflərlə həkk olunub." Əsrin Müqaviləsi" həm karbohidragen ehtiyyatlatlarının miqdarına həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxildir.

Elə ilk gündən Azərbaycan respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, millət vəkili İlham Əliyev danışıqlar prosesinə cəlb edildi, yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından oldu.Onun bütün fəaliyyətinin mərkəzində özünün yığcam şəkildə ifadə etdiyi belə bir ideya dururdu.

"Bizim məqsədimiz təkcə neft hasil etmək, onu nəql etmək, bundan vəsait əldə etməkdən ibarət deyildir. Bizim məqsədimiz neftdən gələn bütün mənfəətləri həm siyasi, həm iqtisadi ,həm də başqa mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltməkdən ibarətdir".

Onun iştirakçısı olduğu saysız - hesabsız görüş və danışıqlar məhz bu deviz altında keçirilirdi. Daha sonra Millət vəkili Sadiq Qurbanov “Zəfər yolumuz əsrin müqaviləsindən başlandı” mövzusunda çıxış etdi. Sadiq müəllim qeyd edərək bildirdi ki, 20 sentyabr 1994-cü ildə baglanmış olan “Əsrin müqaviləsi” Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin uzaqgörən və müdrik siyasətinin nəticəsi idi. Bu gün bu siyasət Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən ugurla davam etdirilir.

Daha sonra Şamaxı Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova çıxış ediblər. ,Zaqatala Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimov, Sumqayıt Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanova mövzu ətrafında çıxış edərək bildirdilər ki, Heydər Əliyevin respublikanın həyatının bütün sahələrində olduğu kimi neft sənayesində də gördüyü işlər onun uzaq görən planlarının - Azərbaycanı "Əsrin müqaviləsi" nə, deməli, xalqımızın müstəqilliyinə və rifahına doğru aparmaq niyyətlərinin əsasını təşkil edirdi.

Azvision.az



Teqlər: Neft  





Xəbər lenti