Pakistan ilə Taliban arasında ilk rəsmi görüş keçiriləcək

Pakistan ilə Taliban arasında ilk rəsmi görüş keçiriləcək
  23 Mart 2014    Oxunub:1224
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Pakistan hökuməti ilə Taliban silahlı qruplaşması arasında sülh danışıqları məqsədilə ilk rəsmi görüş qarşıdan gələn bir neçə gün ərzində baş tuta bilər.

Taliban təşkilatının regional təmsilçisi Mövlanə Səmiül Haq bu barədə açıqlama verib. Paytaxt İslamabadda çıxışı zamanı Səmiül Haq qeyd edib ki, ilk rəsmi görüşdən sonra da tərəflər mümkün olduqca mütəmadi şəkildə danışıqlar aparmağa çalışacaqlar.

Pakistanın baş naziri Nəvaz Şərif bir müddət əvvəl ölkədə zorakılıqlara son qoymaq məqsədilə Taliban üzvləri ilə danışıqlar başladılmasına təşəbbüs göstərib. İndiyə qədər bu məqsədlə tərəflər arasında bir neçə dəfə qeyri-rəsmi görüşlər olub.

Həmçinin, ölkə prezidenti Həmid Kərzai də danışıqların tərəfdarıdır.

Kərzai bir müddət əvvəl Amerika Birləşmiş Ştatları prezidenti Barak Obamanı görüşlərə mane olmaqda təqsirləndirmişdi./ANS/


Teqlər:





Xəbər lenti