Suriyaya növbəti humanitar yardım

Suriyaya növbəti humanitar yardım
  23 Mart 2014    Oxunub:1249
Birləşmiş Millətlər Təşkilatı Suriyaya növbəti humanitar yardım konvoyunu yola salıb. AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, ötən gün 80-ə yaxın yük avtomobili Türkiyənin Suriya ilə sərhəd vilayəti Mardinə gəlib. Rəsmilər 3 gün ərazində humanitar yardımın lazımi ünvanlara çatacağını bildiriblər.

"Suriyada aralarında uşaqlar, yaşlılar və xəstələr də olmaqla ciddi şəkildə insani yardıma ehtiyacı olanlar var. BMT bu məsələdə əlindən gələni etməyə davam edəcək. BMT indiyə qədər İordaniya, Livan, İraq kimi ölkələrdən Suriyaya yardım edilib. Türkiyədən isə ilk dəfədir" - deyə BMT-nin humanitar yardım komissiyasının bölgə üzrə mətbuat katibi İyad Nəsr qeyd edib.

Lakin Suriyaya daxil olduqdan sonra konvoyun terrorçu qüvvələr tərəfindən hücuma məruz qalacağı təhlükəsi BMT rəsmilərinin narahatlığına səbəb olub. Bununla belə, Suriya hökuməti konvoyun təhlükəsizliyinə təminat verəcəyini qeyd edib.


Teqlər:





Xəbər lenti