ARDNŞ Neft Emalı zavodunun tikintisinə başlayır
Onun sözlərinə görə, bütün banklar və maraqlı tərəflər martın 31-dək qüvvədə olan bu layihənin maliyyələşdirilməsində iştirak üzrə öz yekun təkliflərini təqdim ediblər.
S.Qasımov vurğulayıb ki, qeyd edilən müddətədək bütün prosesi razılaşdırmaq üçün hazırda aktiv işlər görülür.
Vitse-prezidentin fikrincə, bu müddət ehtiyac olduğu təqdirdə uzadıla bilər.
Qeyd edək ki, "SOCAR Turkey Enerji" A.Ş. 2008-ci ildən etibarən Türkiyənin "Petkim" neft-kimya kompleksinin səhmlərinin 62 faizini əldə edib.
Holdinq Türkiyədə neft-kimya məhsulları bazarında lider mövqe tutur. ARDNŞ neft-kimya aktivlərini inkişaf etdirmək üçün ardıcıl addımlar atır.
Xammala olan tələbatı optimallaşdırmaq və Türkiyəyə idxal edilən yanacağın miqdarının azaldılması üçün "Star" yeni neft emalı zavodunun tikintisinə başlanılıb.
2017-ci ildə istismara verilməsi planlaşdırılan zavodun illik istehsal gücü 10 milyon ton təşkil edəcək.
Zavodda "Azeri Light", "Kerkuk" və "Urals" kimi neft çeşidlərinin emal edilməsi planlaşdırılır.
Teqlər: