Türkiyədən gətirilən bu maddələrdən vergi tutulmayacaq

   Türkiyədən gətirilən bu maddələrdən vergi tutulmayacaq
  30 Sentyabr 2021    Oxunub:1167
Xüsusi təyinatlı qüvvələrin təlimi məqsədilə Azərbaycan və Türkiyədən idxal edilən təchizat və təminat maddələri qarşılıqlı olaraq gömrük rüsumlarından və digər vergilərdən azad edilir.
Azvision.az -ın xəbərinə görə, bu, “Azərbaycan Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, ev sahibi ölkə (ESÖ) göndərən ölkənin (GÖ) heyətini ESÖ-nün ərazisinə giriş/ESÖ-nün ərazisindən çıxış zamanı GÖ-nün təlim məqsədilə ESÖ-nün ərazisinə müvəqqəti olaraq idxal edilən təchizat və təminat maddələrini ESÖ ilə bağlanılmış qüvvədə olan beynəlxalq müqavilələrin müddəalarına müvafiq olaraq gömrük rüsumlarından və digər vergilərdən azad edir.

Sənəd Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edildikdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Azvision.az



Teqlər: Vergi  





Xəbər lenti