Filiz yataqlarının işlənməsi üçün Türkiyə şirkətlərilə müqavilə bağlandı

   Filiz yataqlarının işlənməsi üçün Türkiyə şirkətlərilə müqavilə bağlandı
  30 Sentyabr 2021    Oxunub:1431
Azərbaycanın “Qaşqaçay”, “Elbəydaş” və “Ağduzdağ” filiz yataqlarının geoloji öyrənilməsi və istismarı məqsədilə Türkiyənin bu sahədə aparıcı şirkətləri olan “Eti Bakır A.Ş.” və “Artvin Maden A.Ş.” ilə müqavilələr imzalanıb.
Azvision.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində yazıb.

"İnanırıq ki, atılan bu mühüm addım işğaldan azad edilmiş ərazilərimizdə hasilat sənayesinin işə salınması, yüksək potensialı olan yataqların tədqiqi və dövriyyəyə cəlb edilməsində əhəmiyyətli rol oynamaqla, regionun iqtisadi reinteqrasiyasını sürətləndirəcək", - nazir qeyd edib.



Azvision.az



Teqlər: Filiz  





Xəbər lenti