Azərbaycanda işləyən türklərin sayı açıqlanıb

Azərbaycanda işləyən türklərin sayı açıqlanıb
  18 Oktyabr 2021    Oxunub:1568
"Bu gün üçün Azərbaycanda ən çox Türkiyə şirkətlərinin əməkdaşları çalışır".
AzVision.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Türkiyənin əmək və sosial müdafiə naziri Vedat Bilginin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.

Nazirin sözlərinə görə, ölkədə 4 mindən çox Türkiyə vətəndaşı işləyir: "Xarici investisiyalar da ən çox qardaş ölkəyə aiddir. Hər iki ölkə vətəndaşlarının istər Azərbaycanda, istərsə də Türkiyədə işləməsi baxımdan daim dəstək göstərilir".

S.Babayev bildirib ki, Azərbaycanda sosial sahədə aparılan islahatlarda hər zaman Türkiyə təcrübəsi daim diqqətdə saxlanılır: "Bugünkü görüş iki ölkə arasındakı əməkdaşlığın genişlənməsinə öz töhfəsini verəcək".

AzVision.az


Teqlər: Türkiyə  





Xəbər lenti