Azərbaycanla Slovakiya arasında tərəfdaşlığın genişləndirilməsində böyük potensial var

Azərbaycanla Slovakiya arasında tərəfdaşlığın genişləndirilməsində böyük potensial var
  19 Oktyabr 2021    Oxunub:1189
Azərbaycanla Slovakiya arasında olan münasibətlərin həm ikitərəfli formatda, həm də Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində inkişafına önəm veririk.
AzVision.az xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov oktyabrın 20-də Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes forumunda deyib.

Nazir müavini qeyd edib ki, Azərbaycanla Slovakiya arasında tərəfdaşlığın genişləndirilməsində böyük potensial var. Biznes forum tərəfdaşlıq üçün əlverişli imkanlar yaradır. Hazırkı dövrdə ticarət əlaqələrinin artırılması və şaxələndirilməsi əsas hədəflərimizdən biridir. Bugünkü biznes forumda informasiya texnologiyaları, telekommunikasiya xidmətləri, bank, ticarət və investisiya, qida sənayesi və digər sahələrdə fəaliyyət göstərən dövlət və özəl qurumların nümayəndələri iştirak edirlər.

AzVision.az



Teqlər: Slovakiya   Əməkdaşlıq  





Xəbər lenti