307 nəfər toylara buraxılmayıb

307 nəfər toylara buraxılmayıb
  20 Oktyabr 2021    Oxunub:1167
Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri oktyabrın 19-da Bakı şəhərində və respublikanın digər ərazilərində 74 toy şənliyinin monitorinqini aparıblar.
DİN-in mətbuat xidmətindən AzVision.az -a bildiriblər ki, monitorinqlər 59 şadlıq sarayında, 15 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər zamanı toy şənliklərində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 18 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimələnib.

COVID-19 pasportu olmadığına görə 307 nəfər toy şənliklərinə buraxılmayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti