Ölkəmizin strateji valyuta ehtiyatları nə qədərdir?

   Ölkəmizin strateji valyuta ehtiyatları nə qədərdir?
  20 Oktyabr 2021    Oxunub:1556
İlin əvvəlindən Azərbaycanın ölkənin strateji valyuta ehtiyatlarının həcmi 2 milyard ABŞ dolları artıb.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankın (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib. Onun sözlərinə görə, bu artımın ilin sonunadək davam edəcəyi gözlənilir.

Tədiyyə balansı profisitinin bundan sonrakı artımı ilə bağlı fikirlərini açıqlayan AMB rəhbəri ilin birinci yarısında cari əməliyyatlar balansının qalığı ÜDM-in 8,1 %-i səviyyəsində olduğunu, bu prosesin dünya bazarında neftin bahalaşması ilə dəstəkləndiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, tədiyyə balansı qalığının ötən ilə nisbətən 4-5 % artacağı güman edilir.

AzVision.az


Teqlər: Manat  





Xəbər lenti