Şəhid xanımının öldüyü qəzanın təfərrüatı

Şəhid xanımının öldüyü qəzanın təfərrüatı
  22 Oktyabr 2021    Oxunub:1681
Daxili İşlər Nazirliyi (DİN) Kürdəmir rayonunda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.
DİN-in Mətbuat Xidmətindən AzVision.az -a bildirilib ki, oktyabrın 21-də saat 14 radələrində Kürdəmir rayonunun Şüşün kəndi ərazisində Bakı şəhər sakini Günel Ələsgərova (şəhid Rəhim Hüseynovun həyat yoldaşı) idarə etdiyi “Ford” markalı avtomobili aşırıb.

Nəticədə özü və sərnişini Emin Tağıyev hadisə yerində ölüblər. Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti