Bərdənin atəşə tutulması ilə bağlı beynəlxalq müstəvidə tədbirlər görülür

   Bərdənin atəşə tutulması ilə bağlı beynəlxalq müstəvidə tədbirlər görülür
  27 Oktyabr 2021    Oxunub:1116
Ötən il 44 günlük müharibə zamanı Ermənistan silahlı qüvvələri tərəfindən sülh və insanlıq əleyhinə cinayətlər törədilməklə mülki əhalinin sıx yaşadığı Bərdə rayonu ağır artilleriya atəşinə tutulub.
Baş Prokurorluğun Mətbuat Xidmətindən AzVision.az -a verilən məlumata görə, hazırda təqsirkar şəxslərin beynəlxalq müstəvidə məsuliyyətə cəlb edilməsindən ötrü lazımi tədbirlərin görülməsi davam etdirilir.

Qeyd olunub ki, Bərdə rayonunun 44 günlük Vətən müharibəsi zamanı müxtəlif vaxtlarda artilleriya atəşinə tutulması nəticəsində 29 mülki şəxs ölüb, 112 nəfər xəsarət alıb.

AzVision.az


Teqlər: Bərdə  





Xəbər lenti