İmtahan nəticələri açıqlandı

TQDK-nın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, imtahanın nəticələri TQDK-nın saytında yerləşdirilib.
Hər bir namizəd TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.
Namizədlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə də öyrənə bilərlər.
Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 1356 nəfər namizəddən 50 nəfəri imtahana gəlməyib. 955 namizəd I mərhələnin müsabiqə şərtini (40 və daha yüksək bal) ödəyərək ikinci mərhələyə buraxılıb. Müsabiqə şərtini ödəyən namizədlərdən 503 nəfəri cari ilin, 452 nəfəri əvvəlki illərin məzunudur. Onlardan 719 nəfərini qızlar, 236 nəfərini oğlanlar təşkil edir.
Ən yüksək nəticə 95 bal olub.
Qeyd edək ki, rezidentura səviyyəsinə qəbul imtahanının II mərhələsi iyulun 27-də keçiriləcək və namizədlərin ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq.
AzVision.az
Teqlər: