Ötən ay 11 nəfər zəhərlənmədən ölüb

   Ötən ay 11 nəfər zəhərlənmədən ölüb
  02 Dekabr 2021    Oxunub:918
Noyabr ayı ərzində Kliniki Tibbi Mərkəzə zəhərlənmə faktı ilə bağlı 140 nəfər müraciət edib.
Mərkəzdən AzVision.az -a verilən məlumata görə, müraciət edənlərin 72-si qadın, 42-si kişi, 26-sı uşaq olub. Onlar arasında sirkə turşusundan 25, dərmandan 52, spirtli içkidən 9, dəm qazından 21, zəhərli göbələkdən 8, qidadan 15, allergik reaksiyalardan isə 10 nəfər zəhərlənib.

Ay ərzində zəhərlənmə ilə bağlı Mərkəzə müraciət edənlərdən 11 nəfər dünyasını dəyişib, 128 nəfər sağalaraq evə buraxılıb, 1 nəfərin isə müalicəsi davam etdirilir.

Aytən Zəhra
AzVision.az


Teqlər: Zəhərlənmə  





Xəbər lenti