Hindistanda keçi dövlət sənədlərini oğurlayıb yedi

Hindistanda keçi dövlət sənədlərini oğurlayıb yedi
  06 Dekabr 2021    Oxunub:1512
Hindistanda keçi dövlət idarəsinə daxil olaraq əhəmiyyətli sənədləri yeyib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Hindistanın şimalındakı Kampur şəhərində baş verib. Havasızlıqdan yorulan ofis işçiləri bayıra çıxıb, keçi isə boş binaya girərək qarşısına çıxan ilk qovluğu götürüb qaçıb.

Oğru yaxalansa da bəzi sənədləri əldə etmək mümkün olmayıb. Belə ki, keçi sənədlərin çoxunu yeyib. Hadisədən sonra işçilərin iş saatlarında ofisdən çıxmasına qadağa qoyulub.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Hindistan  





Xəbər lenti