"Qarabağdakı torpaqlara qarşı ekoloji terror törədilib" - Nazir

   "Qarabağdakı torpaqlara qarşı ekoloji terror törədilib" -    Nazir
  24 Dekabr 2021    Oxunub:1201
Ermənilər 30 il ərzində işğal altında qalmış torpaqlarımıza sözün əsl mənasında zülm edib, oraları kortəbii şəkildə, barbarlıqla istismar edib. Üzüm sahələrimiz, taxıl tarlalarımız, pambıq sahələrimiz, meyvə bağlarımız tikanlığa cevrilib, viran edilib, mesələrimiz qırılıb, bulaqlarımız quruyub. Bu torpaqlara qarşı ekoloji terror törədilib.
AzVision.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Yeni Azərbaycan Partiyasının təşkilatçılığı keçirilən "Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə" adlı elmi-praktiki konfransda bildirib.

Onun sözlərinə görə, Ali Baş Komandan işğal altında olan torpaqlarımızı təkcə azad etməyib, həm də, zülmdən qurtarıb, o torpaqlara böyük mərhəmət, lütf bəxş edib.

"Təsadüfi deyil ki, Prezidentin azad olunmuş torpaqlarımızla bağlı ilk tapşırığı bu torpaqların əkilib becərilməsi ilə bağlı olub. Bu tapşırığa əsasən müharibənin başa çatdığı ilk günlərdən etibarən Kənd Təsərrüfatı Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının gələcək inkişafının planlaşdırılmasına başlanılıb”.

Nazir əlavə edib ki, torpaqlarımızın azad edilməsindən sonra rəhbərlik etdiyi qurumun qarşısında bu ərazilərin aqrar potensialından səmərəli istifadə etmək, məhv edilmiş kənd təsərrüfatı infrastrukturunu yenidən qurmaq, bu torpaqlara yeni həyat vermək vəzifəsi qoyub:

"Qarşımıza qoyulan vəzifələrin uğurla icrası üçün quruculuq işlərində ən müasir aqrar innovasiyalar tətbiq olunur. Bunu zəruri edən təkcə aqrar sahədə daha uğurlu nəticələr əldə etmək deyil. İnnovativ yeniliklər həm də qlobal iqlim dəyişikliyinin təbiətə, kənd təsərrüfatına mənfi təsirlərini minimuma endirməyə kömək edir".

AzVision.az


Teqlər: Qarabağ   Əkin  





Xəbər lenti