Azad edilmiş ərazilərin beşillik inkişafı proqramı hazırlanıb

   Azad edilmiş ərazilərin beşillik inkişafı proqramı hazırlanıb
  24 Dekabr 2021    Oxunub:1078
İşğaldan azad edilmiş ərazilərin 2022-2026-cı illərdə Dayanıqlı İnkişafı Proqramı hazırlanaraq müvafiq qaydada təqdim olunub.
AzVision.az -ın məlumatına görə, bunu bu gün Yeni Azərbaycan Partiyasının təşkil etdiyi "Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə" mövzusunda elmi-praktiki konfransda çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov bildirib. Onun sözlərinə görə, ölkənin qeyri-neft ixracı 44% artıb və bu ilin sonuna 2,6 mlrd. ABŞ dollarını ötəcəyi gözlənilir.

"Azərbaycanın strateji valyuta ehtiyatları 53 mlrd. dollara çatıb. Bu ilin 10 ayında vergilərdən proqnozlaşdırılandan əlavə 1,3 mlrd. manat əlavə vəsait büdcəyə köçürülüb. Bu, ilk növbədə şəffaflığın təmin edilməsi ilə bağlıdır. 2022-2026 Sosial İnkişaf Strategiyasının layihəsi hazırlanıb.

Yeni iqtisadi inkişaf strategiyası bütün sahələrdə dövlət-özəl tərəfdaşlığının genişləndirilməsini, insan kapitalının davamlı inkişafını nəzərdə tutur. Strategiyanın həyata keçirilməsi nəticəsində ÜDM-in 2022-2026-cı illərdə 3,9%, qeyri-neft sektorunun 5% artacaq, adambaşına düşən ÜDM 6 min dolları ötərək 1,3 dəfə artırılması təmin olunacaq".

AzVision.az


Teqlər: Qarabağ  





Xəbər lenti