"İnflyasiya hədəf diapazonunun yuxarı həddinə yaxınlaşacaq" - Mərkəzi Bank

   "İnflyasiya hədəf diapazonunun yuxarı həddinə yaxınlaşacaq" -    Mərkəzi Bank
  30 Dekabr 2021    Oxunub:894
2022-ci ildə də Mərkəzi Bankın pul siyasəti ölkədə dayanıqlı qiymət sabitliyinin təmin olunmasına, inflyasiyanın elan edilmiş hədəf çərçivəsinə qaytarılması və dayanıqlı lövbərləşməsinə yönəldiləcək.
AzVision.az xəbər verir ki, bu barədə AMB-nin 2022-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə Bəyanatında qeyd edilib.
Bildirilib ki, baza proqnozlara görə yüksək dəyişkənliyə malik, xarici qeyri-monetar amillər hesabına formalaşan inflyasiyanın növbəti ilin sonuna hədəf diapazonunun yuxarı həddinə yaxınlaşacağı gözlənilir.

Proqnozlaşdırılan profisitli tədiyə balansı, dövlət büdcəsinə Azərbaycan Respublikası Dövlət Neft Fondundan transfertlərin əhəmiyyətli artımı 2022-ci ildə də daxili valyuta bazarının tarazlığını və milli valyutanın məzənnəsinin dayanıqlığını dəstəkləyəcək.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti