Strateji valyuta ehtiyatlarımız xarici dövlət borcunu 6 dəfədən çox üstələyib

Strateji valyuta ehtiyatlarımız xarici dövlət borcunu 6 dəfədən çox üstələyib
  18 Yanvar 2022    Oxunub:1216
Ölkənin strateji valyuta ehtiyatları 2,5 milyard dollara yaxın artaraq 53,2 milyard dolları ötüb və xarici dövlət borcunu 6 dəfədən çox üstələyib. Bütövlükdə 2021-ci ildə ölkədə makroiqtisadi və maliyyə sabitliyi təmin olunub. Orta illik inflyasiya 6,7 faiz, o cümlədən ərzaq inflyasiyası 8,1 faiz, qeyri-ərzaq inflyasiyası 5,1 faiz təşkil edib. İnflyasiyanın illik səviyyəsi 12 faiz olub.
AzVision.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov yanvarın 18-də ölkədə ərzaq təhlükəsizliyi, qiymət artımı və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə bildirib.

Baş nazir deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2021-ci ildə həyata keçirilən siyasət nəticəsində ölkəmizdə sosial-iqtisadi inkişaf meylləri davam etdirilib, pandemiyanın milli iqtisadiyyata mənfi təsirləri minimuma endirilib.

2021-ci ilin makroiqtisadi göstəricilərinə əsasən ümumi daxili məhsulun 5,6 faiz artıb və onun həcmin 92,8 milyard manat təşkil edib. Vurğulanıb ki, qeyri-neft sektoru üzrə artım 7,2 faiz olub, sənaye istehsalı 5,2 faiz, qeyri-neft sənayesi isə 18,9 faiz artıb.

AzVision.az



Teqlər: Valyuta  





Xəbər lenti