Rusiya Rəşt-Astara dəmir yolu üçün İrana kredit verəcək

   Rusiya Rəşt-Astara dəmir yolu üçün İrana kredit verəcək
  22 Yanvar 2022    Oxunub:1220
Bir neçə beynəlxalq əhəmiyyətli iqtisadi layihələri yekunlaşdırmaq üçün Rusiya İrana 5 milyard dollar məbləğində kredit ayıracaq.
AzVision.az xəbər verir ki, bu sözləri İranın iqtisadiyyat və maliyyə işləri naziri Ehsan Xanduzi Moskva səfərinin yekunlarına dair mətbuata verdiyi açıqlamada deyib. O bildirib ki, ayrılan kredit əsasən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən Rəşt-Astara dəmir yolunun çəkilişinə yönəldiləcək. Bu yol İranın şimal bölgələrini Fars körfəzi ilə birləşdirməklə yanaşı, Avropa ölkələri ilə yükdaşımaları artıracaq.

Qeyd edək ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə əsas seqmenti olan Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun Qəzvin-Rəşt hissəsi istismara verilib. Rəşt-Astara hissəsində isə işlər davam edir. Lakin sanksiyalar səbəbi ilə İran bu yolun inşasında maliyyə çətinliyi ilə üzləşib. İran Rusiyanın verdiyi kredit hesabına yolun tikintisini başa çatdıra bilər.

Nəzərə çatdıraq ki, Avropadan İran ilə yanaşı, körfəz ölkələrinə və əks istiqamətə ixrac ediləcək yüklər İranın Fars körfəzi sahilindəki Bəndər-Abbas limanında Rusiya və Azərbaycan ərazisindən keçməklə çatdırılacaq. Şimali Avropadan yük qatarları Rusiya və Azərbaycan ərazisindən tranzit keçərək Astaradan İrana daxil olacaq. Artıq Azərbaycan ilə İranın dəmir yolları sistemləri birləşib. Rəşt-Astara yolu isə inşa edilərək başa çatdıqdan sonra Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə hərəkət edəcək bütün qatarlar Azərbaycandan tranzit olaraq keçəcəklər.

AzVision.az



Teqlər: İran   Rusiya  





Xəbər lenti