KOBİA-ya Qarabağda bizneslə bağlı 945 müraciət daxil olub

KOBİA-ya Qarabağda bizneslə bağlı 945 müraciət daxil olub
  24 Yanvar 2022    Oxunub:792
İndiyədək işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) 945 müraciət daxil olub.
AzVision.az xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin 2021-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında çıxış edərkən deyib. Onun sözlərinə görə, bunlardan 446 müraciət investisiya layihələri, 499-u isə digər iş və xidmətlərin (əsasən podrat əsaslı) həyata keçirilməsi ilə bağlıdır.

"Müraciətlərin 27%-i tikinti, 27%-i ticarət və xidmət, 21%-i sənaye, s18%-i kənd təsərrüfatı və digər 7%-i turizm, səhiyyə, təhsil, mədəniyyət, nəqliyyat və logistika sahələrini əhatə edir", - deyə O. Məmmədov qeyd edib.

AzVision.az


Teqlər: KOBİA  





Xəbər lenti