KOBİA sədri hesabat verdi

KOBİA sədri hesabat verdi
  24 Yanvar 2022    Oxunub:759
Ötən il Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) 5 mindən çox vətəndaş müraciəti daxil olub. Bu müraciətlərin 264-ü KOB maraqların müdafiə edilməsi ilə bağlı olub, 26 %-i dövlət-biznes, biznes -biznes platformaları çərçivəsində müsbət həll edilib. 61 %-inə qanunvericiliyin tələbləri izah edilməklə müvafiq tövsiyələr verilib, 8 %-i isə aidiyyatı üzrə digər qurumlara yönəldilib.
AzVision.az xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov mətbuat konfransında deyib. Onun sözlərinə görə, elektrik təchizatı şəbəkəsinə qoşulmaq, biznes mühitində və ticarət əməliyyatları zamanı yaranan maneələrin öyrənilməsi, korporativ idarəetmə, klasterləşmə imkanları, qanunvericilik sahəsində KOB-lar üçün yaranan çətinliklərin müəyyən edilməsi və bu kimi digər istiqamətlərdə 15 sorğu həyata keçirilib:

"Həmin sorğulardan 2 mindən çox kiçik və orta biznes subyekti iştirak edib. Sorğular əhəmiyyətli mənbə kimi istifadə edilir. KOBİA -nin məqsədlərindən biri ölkədə KOB-lar sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında və tənzimlənməsində iştirak etməkdən ibarətdir. Bu məqsədlə ötən il ərzində agentliyin təşəbbüsü ilə 7 normativ sənəd hazırlanıb. Onlardan 3-ü təsdiq edilib, 4-ü isə aidiyyatı üzrə razılaşdırılıb. Həmçinin, müxtəlif istiqamətlərdə hazırlanmış 73 sənəd layihəsi üzrə agentlik müraciət edib".

O bildirib ki, işğaldan azad olunan ərazilərdən infrastruktur layihələri mərhələli şəkildə həyata keçirilir: "Bütün rayonlara maraq var. Şuşa və Hadrud tam dağıdılması. Sahibkarlar həmin rayonlara cəlb edildi və çörək sexi və digər sahibkarlıq obyektləri fəaliyyətə başladı. Zamanla bu kateqoriya üzrə işğaldan azad edilən digər rayonlarda da sahibkarlıq obyektləri fəaliyyət göstərəcək. Zəngilanda "Ağıllı kənd" layihəsi çərçivəsində bir sıra qurumlar, eləcə də sahibkarların fəaliyyət göstərir. Fəaliyyət planı yekunlaşdıqdan sonra obyektlərin açılışları da baş tutacaqdır"

AzVision.az




Teqlər: KOBİA  





Xəbər lenti