Mediasiya Şurası Dünya Bankı ilə əməkdaşlıq edəcək

Mediasiya Şurası Dünya Bankı ilə əməkdaşlıq edəcək
  02 Fevral 2022    Oxunub:2136
Dünya Bankının nümayəndələrilə Mediasiya Şurasının rəhbərliyi arasında onlayn görüş keçirilib.
Mediasiya Şurasının yanında Məşvərət Komissiyası yaradılıb
Görüşdə Mediasiya Şurasından İdarə Heyətinin sədri cənab Nadir Adilov, İdarə Heyətinin üzvləri Sima Yaqubova və Əli Nəbiyev, Dünya Bankından Dövlət İdarəçiliyi üzrə Baş Mütəxəssis xanım Eva Maria Melis, Dövlət Sektoru üzrə Baş Mütəxəssisi cənab Valid Malik, Bankın Azərbaycan nümayəndəliyindən xanım Nigar Sadıqova iştirak ediblər.

Nadir Adilov mediasiyanın Azərbaycan təcrübəsini, Şuranın yeni yaranması və hazırda üzləşdiyi çağırışları, eləcə də mediasiyanın gələcək inkişaf perspektivləri və hədəflərini görüş iştirakçılarının nəzərinə çatdırıb.

Dünya Bankının əməkdaşları Mediasiya Şurasının yeni yaranmasına baxmayaraq, təqdirəlayiq fəaliyyət göstərdiyini yüksək qiymətləndirib, Şuranın qayğılarını və hazırda üzləşdiyi çağırışları anladıqlarını bildiriblər. Daha sonra potensial əməkdaşlıq və dəstək sahələri müzakirə olunub.





Teqlər: Mediasiya-Şurası  





Xəbər lenti