Balakəndə viruslu xəstələr barəsində araşdırma başlanıb

Balakəndə viruslu xəstələr barəsində araşdırma başlanıb
  11 Fevral 2022    Oxunub:1766
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktik tədbirlər zamanı iki nəfər aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzVision.az -a verilən məlumata görə, rayon sakini Rəhman Zaxmayevin COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün o, ev şəraitində müalicəyə cəlb edilib. Buna baxmayaraq o, polis əməkdaşları tərəfindən istifadəsində olan avtomobillə ictimai yerdə hərəkətdə olarkən saxlanılıb və tibbi prosedurlar da gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

Daha bir aktiv koronavirus xəstəsi Samir Köbərovun da özünütəcrid qaydalarını pozaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub. O, evinə geri qaytarılıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb. Digərlərinin də sağlamlığı üçün təhlükə yaradan hər iki şəxslə bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: Koronavirus   Balakən  





Xəbər lenti