Azərbaycan neftinin qiyməti 100 dollara çatır

Azərbaycan neftinin qiyməti 100 dollara çatır
  15 Fevral 2022    Oxunub:1300
Azərbaycan neftinin qiyməti bahalaşıb. AzVision.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,96 faiz artaraq 99,7 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti fevralın 5-də (99,30) qeydə alınmışdı.

Xatırladaq ki, “Azeri Light” neftinin bir barelinin qiyməti 2020-ci il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

AzVision.az


Teqlər:





Xəbər lenti