Hökumət qiymət artımının qarşısını necə alacağını açıqladı

   Hökumət qiymət artımının qarşısını necə alacağını açıqladı
  21 Fevral 2022    Oxunub:1606
Qiymət artımının ticarət əlavələri hesabına sabitləşdirilməsi nəzərdə tutulur. AzVision.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun bu gün imzaladığı “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” Sərəncamında əksini tapıb.
Sərəncama əsasən, əsas ərzaq məhsullarının qiymət artımının bazar iqtisadiyyatına uyğun qaydalarla - ticarət əlavələri hesabına sabitləşdirilməsi ilə bağlı İqtisadiyyat Nazirliyinə tapşırıq verilib.

Sərəncamda deyilir ki, əhalinin həssas qruplarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsulları üzrə qiymət artımının ticarət əlavələri hesabına sabitləşdirilməsinə dair təkliflər on beş gün müddətində Nazirlər Kabinetinə təqdim olunmalıdır.

AzVision.az


Teqlər: Qiymət   Azərbaycan  





Xəbər lenti