Bəzi tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb

Bəzi tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb
  22 Fevral 2022    Oxunub:1767
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib.
AzVision.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliklə COVID-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti 2022-ci il martın 1-dək uzadılıb.

Qeyd edək ki, bu müddət yanvarın 1-də başa çatmışdı.

AzVision.az



Teqlər:





Xəbər lenti