AccessBank AKİA-ın dəstəyi ilə 532 fermerə dəstək oldu

AccessBank AKİA-ın dəstəyi ilə 532 fermerə dəstək oldu
  23 Fevral 2022    Oxunub:1385
AccessBank aqro sahədə fəaliyyət göstərən sahibkarlara dəstək olmaqda davam edir. Bankın Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ilə tərəfdaşlığının nəticəsi olaraq, 2021-ci ildə 532 sahibkar kənd təsərrüfatı üzrə müxtəlif investisiya layihələrinin maliyyələşdirilməsi məqsədi ilə güzəştli kreditlərdən faydalanıb.
AccessBank bu çərçivədə 2021-ci ildə dövlət xətti ilə fermerlərə 5 297 000 AZN həcmində kredit verib. Bu kreditləşmə üzrə maksimal məbləğ 200.000 AZN təşkil edib. Bərdə, Lənkəran, Gəncə, Xaçmaz və Mingəçevir sahibkarları bu kreditin alınmasında daha fəal iştirak ediblər. Sahibkarlar ən çox heyvandarlıq, arıçılıq, əkinçilik, bağçılıq sahələri, həmçinin aqrotexniki xidmətlərin inkişafı üçün müraciət ediblər.

Qeyd edək ki, Prezidentin 8 aprel 2020-ci il tarixli fərmanı ilə aqrar sahənin maliyyələşdirilməsində yeni mərhələ başlayıb. Bu dönəmdən sonra fermerlərə bağçılıq, əkinçilik, heyvandarlıq və digər ailə-fermer təsərrüfatlarının yaradılması və genişləndirilməsi üçün kreditlərin verilməsinə başlanılıb. Fermerlərə kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq və damazlıq heyvan alışı üçün 15.000 AZN-dək mikrokredit, digər məqsədlər üçün isə 200.000 AZN-dək nağd şəkildə kredit təklif olunur.

Aqro kreditlər haqqında ətraflı məlumat əldə etmək üçün:

https://www.accessbank.az/az/business/loans/alda-loans/

Fermerlər təklif olunan kredit haqqında məlumat əldə etmək üçün həmçinin AccessBank-ın 151 Əlaqə mərkəzi ilə əlaqə saxlaya və ya bankın filiallarına yaxınlaşa bilərlər.

“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik bizneslərə xidmət göstərir. Bankın 15-i Bakıda, 14-ü regionlarda olmaqla, 29 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına daxil olmaq olar.

AzVision.az


Teqlər:





Xəbər lenti