Azərbaycan nefti bahalaşır

Azərbaycan nefti bahalaşır
  24 Fevral 2022    Oxunub:1346
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 23-də 100,8 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,12 dollar/barel çoxdur.
Bu barədə AzVision.az -a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 99,94 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,14 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 90,06 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,66 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 100,49 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,15 dollar/barel çoxdur.

AzVision.az


Teqlər:





Xəbər lenti