Britaniya “Aeroflot” un aktivlərini dondurdu

   Britaniya    “Aeroflot”   un aktivlərini dondurdu
  24 Fevral 2022    Oxunub:1832
Böyük Britaniya Rusiyanın “Aeroflot” aviaşirkətinin aktivlərini dondurub. AzVision.az xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Boris Conson parlamentin İcmalar Palatasında çıxışı zamanı deyib. Artıq Britaniya Nazirlər Kabinetinin dərc etdiyi sanksiyalar siyahısında Rusiyanın “Aeroflot” aviaşirkətinin adı da qeyd olunub.
Bununla da aviaşirkətin Böyük Britaniyaya uçuşuna qadağa qoyulub. Baş nazir əlavə edib ki, Britaniya Rusiyanın SWIFT ödəniş sisteminə çıxışını bağlamaq üçün G7 və NATO müttəfiqləri ilə işləyəcək.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Britaniya   Ukrayna  





Xəbər lenti