“Qazprom” Ermənistanda qazın qiymətini qaldırdı

   “Qazprom” Ermənistanda  qazın qiymətini qaldırdı
  01 Mart 2022    Oxunub:1326
Rusiyanın “Qazprom” şirkəti Ermənistanda mavi yanacağın qiymətini qaldırıb.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistanda təbii qaza yeni tariflər müəyyən edilib. 2022-ci il aprelin 1-dən bütün istehlakçılar üçün vahid tarif tətbiq ediləcək; qazın qiyməti 1 000 kubmetr üçün 266.71 ABŞ dollarından 282.6 ABŞ dollarına, yəni 6 faiz qalxacaq.

“Qazprom” ASC Ermənistana daxili istehlak üçün yeganə qaz tədarükçüsüdür. Rusiya mavi yanacağının Ermənistandakı istehlakçılara çatdırılmasını Gürcüstan ərazisindən tranzitlə “Qazprom Ermənistan” vasitəsilə həyata keçirir.

AzVision.az



Teqlər: Qazprom  





Xəbər lenti