"Brent"in qiyməti 111 dolları ötüb

"Brent"in qiyməti 111 dolları ötüb
  02 Mart 2022    Oxunub:1176
"Brent" neftinin qiyməti son 8 ildə ilk dəfə 111 ABŞ dollarını ötüb.
AzVision.az xəbər verir ki, bu barədə ICE London Fond Birjasının məlumatlarına istinadən xəbər verir. ICE birjasında 2022-ci ilin may tədarükü ilə bu markalı neftin fyuçers müqaviləsinin dəyəri 5,83% artıb.

Hazırda "Brent" markalı neftin qiyməti bir barel üçün 111,09 dollar təşkil edir. WTI markalı xam neftin isə fyuçers müqaviləsinin dəyəri 5,8% artaraq bir barel üçün 109,28 dollar təşkil edib.

AzVision.az


Teqlər: Neft  





Xəbər lenti