Çin Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq

   Çin Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq
  02 Mart 2022    Oxunub:1367
Çin Rusiya Federasiyasına qarşı sanksiyaların tətbiqini bəyənmir və bu cür məhdudiyyətlərə qoşulmaq niyyətində deyil.
AzVision.az xəbər verir ki, bunu mətbuat konfransında Çin Xalq Respublikasının Bank və Sığorta Fəaliyyətinə Nəzarət üzrə Dövlət Komitəsinin rəhbəri Quo Şuçin bildirib.

“Biz bu cür sanksiyalara qoşulmayacağıq. Bundan əlavə, biz müvafiq tərəflərlə normal ticarət, iqtisadi və maliyyə mübadiləsini davam etdirəcəyik”, - Quo Şuqinq deyib.

Qeyd edək ki, ABŞ, Avropa İttifaqı, Böyük Britaniya və bir sıra digər dövlətlər Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib.

AzVision.az



Teqlər: Çin   Rusiya  





Xəbər lenti