"Brent"in qiyməti son 10 ildə ilk dəfə 119 dolları ötüb

   "Brent"in qiyməti son 10 ildə ilk dəfə 119 dolları ötüb
  03 Mart 2022    Oxunub:1071
"Brent" neftinin qiyməti son 10 ildə ilk dəfə 119 ABŞ dollarını ötüb.
AzVision.az bu barədə ICE London Fond Birjasının məlumatlarına istinadən xəbər verir. ICE birjasında 2022-ci ilin may tədarükü ilə bu markalı neftin fyuçers müqaviləsinin dəyəri 5,51% artıb. Hazırda "Brent" markalı neftin qiyməti bir barel üçün 119,15 dollar təşkil edir.

WTI markalı xam neftin isə fyuçers müqaviləsinin dəyəri 4,28% artaraq bir barel üçün 115,32 dollar təşkil edib.

AzVision.az


Teqlər: Neft  





Xəbər lenti