Ona "Riyaziyyat dahisi" deyirdilər- Komandir şəhid Murad Nağıyev

   Ona "Riyaziyyat dahisi" deyirdilər-    Komandir şəhid Murad Nağıyev
  09 Mart 2022    Oxunub:1752
Üstün zəkası və riyaziyyatdan yüksək nəticələr göstərdiyinə görə müəllimləri ona " riyaziyyat dahisi" adını vermişdilər. Fikrim uzaq keçmişə Artilleriyanın Allahı adlandırılmış tank komandiri General Əliağa Şıxlınskiyə gedir. Qazax mahalında doğulmuş Azərbaycan Xalq Cumhuriyyətinin hərbi nazirinin müavini, igid vətən oğlu.
Tarixdə yeni səhifələr açılır, yeni qəhrəmanlıq sətirləri yazılır. Qazax rayonun bir vətən oğlu Murad Mayıl oğlu 9 fevral 1997 il doğumlu. Öncə Cəmşid Naxçıvsnski adına Hərbi Liseyi sonra Türkiyə Cumhuriyyətində Kuleli Hərbi Liseyi, Quru Qoşunları Məktəbini uğurla bitirmiş 2016 cı ildə Heydər Əliyev adına AAHM də təhsilini yüksək səviyyədə başa vurmuşdur.
Təqdimat mərasimi dövlət himini və şəhidlərin ruhuna ehtiramla bir dəqiqəlik sükutla yad edildikdən sonra həyatını əks etdirən qısa video lentlə tanışlıq oldu. Şəhidin orta məktəb müəllimləri, hərbiçi yoldaşları, kitabın redaktoru və şairlər və bir neçə millət vəkilləri çıxış edərək xatirələrini və fikirlərini bölüşdülər. Şəhidin şeirinə həsr olunmuş musiqi səsləndirildikdən sonra məktəblilər Murad Nağıyevin şeirlərini söylədilər. Sonda şəhidin qardaşı Orxan Nağıyev iştirakçılara təşəlkür edərək tədbiri yekunlaşdırdılar.

O günün qəhrəmanları bu günün oğullarına miras qoyduqları igidlik, vətənpərvərlik və Vətəni məhz Murad Nağıyev kimi igidlər qoruya bilərdi. Hər ikisi Azərbaycanın igid oğlu, ikisi də Qazax torpağının cəsur övladı, hər ikisi tank komandiri, üstün zəka və Vətən üçün qəhrəmanlıq dastanı yazanlar.

44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıqlar göstərən Şəhid leytenant, tank komandiri Murad Nağıyev Horadiz kəndinin alınmasında şücaət göstərmiş, Füzuli, Cəbrayıl, Hadrut və Zəngilanın düşmən işğalından azad edilməsində fəal iştirak edərək düşmənin strateji əhəmiyyətli obyektlərini, çoxsaylı texnikasını və canlı qüvvəsini məhv etmişdir. 11 oktyabr 2020 ci il Cəbrayıl şəhəri uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. İkinci Fəxri xiyabanda dəfn olunan şəhid leytenant Murad Nağıyev şəhadətindən sonra " Vətən uğrunda" və " Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur
Şəhid Murad Nağıyev eyni zamanda vetenperver şeirlerin de müellifi idi. Qardaşının təşəbbüsü ilə
Şəhidin şeirləri və xatirələrindən və yaxınlarının xatirələrindən bəhs edən kitab ərsəyə gəlmişdir və bu gün kitabın təqdimat mərasimi idi.

Könlüm qalıb o yanlarda,
Ana Vətən səslər məni
Bir canımı orda qoyub,
Burda torpaq səslər məni.


Vətənə, torpağa və torpağın üzərindəki dəyərlərə könül verib sevda bəsləyənlərdir qəhrəmanlıq dastanı yazanlar, canları ilə şəhadət şərbətini içib, əbədiyyət işıgı yandıranlar. Deyirlər ki, məhz bu kimi insanlar şəhadət şəhid olmaq üçün doğulmadan seçilirlər. Qəhmənlıq, şərəfli ömür və milyonların qəlbində əbədiyyət qazanmaq hər kəsin nəsibi olmaz. Bu xususi seçilmişlər şəhidlik məqamına layiq olanların adıdır ancaq. Adın kimi muradın mübarək, ruhun şad olsun Murad!








AzVision.az



Teqlər: Şəhid  





Xəbər lenti