Rusiya buğda satışını kəskin azaldıb

   Rusiya buğda satışını kəskin azaldıb
  14 Mart 2022    Oxunub:975
2021-2022-ci illər üzrə aqrar mövsümdə, yəni ötən ilin iyulun 1-dən cari ilin martın 10-dək Rusiya 23 milyon ton buğda ixrac edib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi bildirib. Bildirilib ki, taxıl bitkilərinin ixracı 30,3 % azalaraq 28,1 milyon ton, o cümlədən arpa 34,7 % azalaraq 2,9 milyon, qarğıdalı ixracı da 21,7 % azalaraq 1,8 milyon ton təşkil edib.

Qeyd edək ki, dünya buğda ixracının təxminən üçdə biri, eləcə də qarğıdalı ixracının 19%-i Ukrayna və Rusiyanın payına düşür.

AzVision.az


Teqlər: Rusiya   Buğda  





Xəbər lenti