Siqaret və araqların aksiz dərəcələri artırıldı

      Siqaret və araqların aksiz dərəcələri artırıldı
  14 Mart 2022    Oxunub:1009
Azərbaycana gətirilən alkoqollu içkilərin aksiz dərəcəsi artırılıb.
AzVision.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”nə dəyişiklik edib.

Qərara əsasən, üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturalar üçün aksiz dərəcəsi 1 litrə görə 7,2 manatdan 8 manata, viski, rom və digər spirtli tinkturalar, şəkər qamışının qıcqırdılmış məhsullarının qovulması nəticəsində alınan, cin və ardıc tinkturası, araq, likörlər üçün 1 litrə görə 11,2 manatdan 12 manata qaldırılıb. Qərar 30 gün sonra qüvvəyə minəcək.

Baş nazir Əli Əsədovun digər qərara əsasən aksiz dərəcəsi tərkibində tütün olan siqaretlərin, eləcə də tərkibində tütün əvəzləyicisi olan siqaretlərin 1 000 ədəd üçün 43,0 manatdan 46,5 manata qaldırılıb.

Eyni zamanda istehlak olunan tütün və tütün məhsullarının 1 000 ədəd üçün 12,9 manatdan 14 manata qaldırılıb.

Dəyişikliklərə əsasən qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlərin 1 kiloqramına görə aksiz dərəcəsi 30 manat müəyyənləşdirilib.

Dəyişikiklərlə həmçinin birdəfəlik istifadə olunan elektron qəlyan, siqaret üçün aksiz dərəcəsi 0,25 manat müəyyən olunub. Qərar 30 gün sonra qüvvəyə minəcək.

AzVision.az


Teqlər: Siqaret   Araq  





Xəbər lenti