Almaniya Şimal dənizində neft və qaz axtaracaq

Almaniya Şimal dənizində neft və qaz axtaracaq
  14 Mart 2022    Oxunub:1323
Almaniyanın Nazirlər Kabineti Şimal dənizində yeni quyuların qazılması ilə bağlı qoyulmuş əvvəlki moratoriumun ləğvi imkanını nəzərdən keçirir.
AzVision.az xəbər verir ki, bu barədə bu gün ölkənin maliyyə naziri Kristian Lindner bildirib. Onun sözlərinə görə, bu, Almaniyanın Rusiya karbohidrogenlərindən asılılığını azaltmaq üçün aşkar məqsədlə edilə bilər.

Xatırladaq ki, Kansler Olaf Şoltsun başçılıq etdiyi “svetofor” koalisiyasının hakimiyyətə gəlməsi ilə Şimal dənizində neft və qaz quyularının qazılması üçün lisenziyaların verilməsinə müvəqqəti qadağa qoyulmuşdu. Enerji daşıyıcılarının qiymətlərinin artması və Ukraynada böhranın dərinləşməsi ilə hazırda hökumət əvvəlki qərarına yenidən baxmaq niyyətindədir.

AzVision.az


Teqlər:





Xəbər lenti