Azərbaycan BƏƏ ilə yeni sənədlər imzalayıb

   Azərbaycan BƏƏ ilə yeni sənədlər imzalayıb
  15 Mart 2022    Oxunub:1740
Bu gün Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında bir sıra yeni sənədlər imzalanıb.
AzVision.az xəbr verir ki, həmin sənədlərə "Qaradağ" Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi çərçivəsində imza atılıb. Bunlardan biri “Dənizdə inteqrasiya edilmiş bərpa olunan enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”dur ki, onu Azərbaycanın energetika nazirinin müavini Samir Vəliyev və BƏƏ-nin “Masdar” şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Camal Əl Ramahi (Mohammad Jameel Al Ramahi) imzalayıb.



Bundan başqa, ərəb qonaq Azərbaycan rəsmiləri ilə daha 3 sənədə imza atıb. Bunlar “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Hicran Valehovla birgə imzalanmış “Bərpa olunan enerji və enerji səmərələliyi sahəsində Anlaşma Memorandumu”, İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Ülvi Mansurovla birgə imzalanmış “Bərk məişət tullantılarından enerji istehsalı sahəsində Anlaşma Memorandumu”, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayevlə birgə imzalanmış “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa olunan və təmiz enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”dur.





AzVision.az



Teqlər: BƏƏ  





Xəbər lenti