Rusiyada banklar üçün məcburi ehtiyat tələbləri müəyyən ediləcək

Rusiyada banklar üçün məcburi ehtiyat tələbləri müəyyən ediləcək
  21 Mart 2022    Oxunub:1322
1 aprel 2022-ci il tarixindən etibarən Rusiya Mərkəzi Bankı kredit təşkilatlarının ehtiyat öhdəliklərinin hesablanması üçün məcburi ehtiyat tələbləri və əmsallar müəyyən edəcək.
AzVision.az xəbər verir ki, universal lisenziyası olan banklar və bank olmayan kredit təşkilatları üçün məcburi ehtiyatların vahid normaları Rusiya Federasiyasının valyutasında və xarici valyutada bütün öhdəliklər üçün 2% məbləğində müəyyən ediləcək.

Əsas lisenziyası olan banklar üçün məcburi ehtiyat normaları Rusiya valyutası ilə bütün kateqoriyalar üzrə öhdəliklər üçün 1%, xarici valyutada olan öhdəliklərin bütün kateqoriyaları üçün 2% səviyyəsində müəyyən ediləcək.

Məcburi ehtiyatların orta əmsalları dəyişməz, baza lisenziyası olan banklar və universal lisenziyası olan banklar üçün 0,9, qeyri-bank kredit təşkilatları üçün 1 dərəcə ilə saxlanılıb. 2022-ci ilin aprel ayı üçün məcburi ehtiyatların məbləğinin hesablanmasından başlayaraq məcburi ehtiyat əmsalları və məcburi ehtiyatın orta hesablanması əmsalları tətbiq ediləcək.


AzVision.az



Teqlər: Rusiya   Bank  





Xəbər lenti